AZERI WOLFS

Вторник, 01.07.2025, 23:08
Приветствую Вас Гость

Регистрация
Вход
Главная » 2009 » Январь » 18 » İLHAM ƏLİYEV BAHALAŞMA YARADANLARI HƏDƏLƏDİ
İLHAM ƏLİYEV BAHALAŞMA YARADANLARI HƏDƏLƏDİ
16:23
“Neftin qiyməti aşağı düşməyə başlayan kimi istehlak qiymətləri də aşağı düşməyə başlayıb. İndi də bu, Azərbaycanda reallıqdır. Biz istehlak bazarına daha ciddi nəzarət etməliyik, elə etməliyik ki, süni qiymət şişirtmələri olmasın. Qiymətlərin aşağı düşməsi daha da sürətlə getməlidir. Həm ərzaq məhsullarının, həm tikinti materiallarının qiymətləri daha da aşağı düşməlidir və bunu etmək üçün əlbəttə ki, bütün bu sahəyə ciddi nəzarət olmalıdır”.
Prezident İlham Əliyev bunu srağagün Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında deyib. Dövlət başçısı antiinhisar fəaliyyətini gücləndirməyi vacib sayıb: “Əsassız inhisarçılığa, qeyri-sağlam rəqabətə son qoyulmalıdır. Bu işlərlə məşğul olan tərəflər ciddi şəkildə cəzalandırılmalıdır ki, bu sahədə ciddi dönüş yaradaq. Bu sahədə maksimum şəffaflıq olmalıdır, dövlət qurumları tərəfindən bütün qanunsuz tələblər, xoşagəlməz hallar, qanunsuz müdaxilələr dərhal dayandırılmalıdır. Bu qanunsuz işlərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Artıq olunur və daha geniş və daha ciddi şəkildə olunmalıdır. Hamı bilməlidir ki, dövlət əleyhinə fəaliyyət göstərməyə, əsassız iddiada olmağa, yaxud da ki, qanunsuz yolla varlanmağa heç kimə icazə verilmir. Buna görə həm nəzarət, həm də inzibati tədbirlər və ciddi cəza tədbirləri tətbiq olunmalıdır. Xüsusilə 2009-cu ildə və ondan sonrakı illərdə bu siyasət davam etdiriləcək”.
Просмотров: 781 | Добавил: azeri-wolfs | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Меню сайта
Форма входа
Календарь новостей
«  Январь 2009  »
Пн Вт Ср Чт Пт Сб Вс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Поиск
Друзья сайта
Статистика
Наш опрос
Оцените мой сайт
Всего ответов: 60
Мини-чат