AZERI WOLFS

Вторник, 01.07.2025, 23:19
Приветствую Вас Гость

Регистрация
Вход
Главная » 2009 » Январь » 18 » MİLLİ BANKIN 3 ƏMƏKDAŞI HƏBS EDİLDİ Pul qalmaqalına görə tuthatut başladı Baş bankir Elman Rüstəmova qarşı qurulan tələnin təşkilatçısı axta
MİLLİ BANKIN 3 ƏMƏKDAŞI HƏBS EDİLDİ Pul qalmaqalına görə tuthatut başladı Baş bankir Elman Rüstəmova qarşı qurulan tələnin təşkilatçısı axta
16:22



“Ötən il oktyabrın əvvəllərində Milli Bankdan 3 milyon manatın itməsi faktına görə 3 nəfər yaxalanıb. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bir neçə gün əvvəl Yasamal rayonu ərazisində əməliyyat keçirərək Ərşad Cəlilov adlı şəxsi yaxalayıb. Həmin şəxs Milli Bankın işçisi olub. Ondan başqa daha iki nəfər tutulub. Bu şəxslərin həbsindən əvvəl onlar işdən çıxarılıblar. Onların üçünün də 3 milyon manat müəmmasına bağlı olduğu deyilir. Hazırda bu oğurluğun təşkilatçısının tutulması üçün müvafiq əməliyyat tədbirləri görülür”.
Bu xəbər “Yeni Müsavat”a hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olub. Qaynağın dediyinə görə, bu iş üzrə araşdırmalar hələ də tamamilə başa çatmayıb. Bu üzdən də həbslərin davam edəcəyi istisna deyil.
Xatırladaq ki, Milli Bankdan 3 milyon manatın müəmmalı şəkildə yoxa çıxması barədə hələ bu hadisədən dərhal sonra məlumat vermişdik. Həmin xəbərdə bildirmişdik ki, bu qədər pulun necə yoxa çıxması faktı Respublika Prokurorluğu tərəfindən araşdırılır. Dünən bu məsələ ilə bağlı əldə etdiyimiz yeni məlumatlar isə artıq araşdırmaların kulminasiya nöqtəsinə çatmaq üzrə olduğunu göstərir.
Qəzetimizə bu itki faktı barədə hələ oktyabrda məlumat verən mənbə o zaman çox maraqlı məqamları açıqlamışdı: “Daxili araşdırma aparılandan sonra toplanılan faktlar yoxlanılması üçün Respublika Prokurorluğuna ötürülüb. İstisna deyil ki, bu qədər pulu aradan çıxaran bank işçiləri həbs olunacaqlar. Onları bu cinayətə sürükləyən qüvvələr isə yəqin ki, kölgədə qalacaq”.
Bu proqnoz özünü doğrultdu; bank işçiləri artıq həbs olunub. Bəs onları bu cinayətə sürükləyən şəxslər tutulacaqmı? Qaynağımız deyir ki, bu məsələ həbs olunan bank işçilərinin özünü necə aparmasından asılıdır: “Ola bilər ki, bank işçiləri ifadələrində kiminsə adını çəksinlər. Lakin həddən artıq ciddi nəzarət altında olan Milli Bank kimi qapalı bir dövlət qurumunda belə bir riskli əməliyyatı təşkil etmək sıradan bir şəxsin işi deyil”.
Məsələ ilə bağlı Respublika Prokurorluğunun mətbuat xidmətinə müraciət etdik. Xidmət rəhbəri Eldar Sultanov məsələ ilə bağlı hər hansı bir məlumata malik olmadıqlarını bildirdi. Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə davamlı telefon zənglərimizə cavab verilmədi.
Bilgili qaynaqlarımız isə bildirir ki, Milli Bankdan pulların yoxa çıxmasının kökündə qurumun İdarə Heyətinin sədri Elman Rüstəmovun “vurulması”na zəmin hazırlamaq məqsədi dayanıb. Lakin başı daim qalmaqalda olan E.Rüstəmovun ehtiyatlı olması onu mümkün təhlükələrdən, o sıradan istefa və ya həbs dəhşətindən həmişə sovuşdura bilib. E.Rüstəmovun müxalifləri onun tutduğu vəzifədən getməsi üçün ölkə rəhbərliyinə onun barəsində dəfələrlə müxtəlif ləkələyici məlumatlar ötürüblər. Hər dəfə də məsələ araşdırılanda ölkənin baş bankirinin təmizə çıxması qarşı tərəfi pis vəziyyətdə qoyub.
Buna görə də sonuncu dəfə ölkə rəhbərliyinə “Elman Rüstəmov Milli Bankdan 3 milyon manatı silərək müxalifətə ötürüb” tipli məlumat vermək və bunu ictimailəşdirmək üçün 3 milyon manat bilərəkdən aradan çıxarılıb. Baş bankir isə ona qarşı hazırlanan bu təxribatı önləyib. Məlumat üçün bildirək ki, E.Rüstəmov 1992-ci ildə Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1995-ci ilin yanvarında isə prezidentin sərəncamı ilə Milli Bankın İdarə Heyətinin sədri təyin olunub. 2000 və 2005-ci illərdə keçirilmiş seçkilərdə yenidən bu posta seçilməklə vəzifəsində qalıb. Onun səlahiyyət müddəti 2010-cu ildə bitəcək.
E.QƏDİMOV
Просмотров: 739 | Добавил: azeri-wolfs | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Меню сайта
Форма входа
Календарь новостей
«  Январь 2009  »
Пн Вт Ср Чт Пт Сб Вс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Поиск
Друзья сайта
Статистика
Наш опрос
Оцените мой сайт
Всего ответов: 60
Мини-чат